AZGRANATA MMC-də LOGO ERP və İstehsal Avtomatlaşdırılması Layihəsi
AZGRANATA MMC — 2011-ci ildən fəaliyyət göstərən və Cənubi Qafqazın ən böyük alkoqollu və alkoqolsuz içki istehsalçılarından biri olan şirkətdir. Ağsu rayonunda yerləşən və 14 hektar ərazini əhatə edən zavod beynəlxalq standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuşdur. Şirkət təbii meyvə şirələri, konsentratlar, kompotlar, limonadlar, şərab və araq məhsulları istehsal edir. Zavodun meyvə qəbulu, emal, Tetra Pak və şüşə dolum, qablaşdırma və kompot istehsalı bölmələri fəaliyyət göstərir.
Şirkətdə LOGO ERP sistemi uğurla tətbiq olunmuş, istehsal, anbar, maliyyə və satış prosesləri tam avtomatlaşdırılmışdır. Layihə çərçivəsində beynəlxalq standartlara uyğun hesabat və idarəetmə strukturları qurulmuş, əməliyyat və maliyyə göstəricilərinin vahid ERP platforması üzərindən real vaxt rejimində idarə olunması təmin edilmişdir.
Digər Layihələr
Zəng Mərkəzi və ERP Sisteminin İnteqrasiyası
“Mineral Sular” MMC-də 3CX Call Center və Tiger 3 proqramlarının vahid platforma...
ERP və BPM Sistemlərinin Qurulması
İstehsalat prosesinin avtomatlaşdırılması və anbar idarəetməsi....
İri Sənaye Müəssisələrində Kompleks ERP və BPM İnteqrasiyası
“Akkord Qazax Sement Zavodu”nda E-flow BPM və LOGO Tiger vasitəsilə logistika və...