Logo
Company Logo
Layihələr

Güngöroğlu Paxlava-da LOGO ERP və İstehsal Avtomatlaşdırılması Layihəsi

Güngöroğlu Paxlava-da LOGO ERP, mobil satış və MES istehsal sistemi tətbiq olunaraq istehsal, anbar və satış prosesləri avtomatlaşdırılmış, istehsal planlama və operativ çatdırılma optimallaşdırılmışdır.

Güngöroğlu Paxlava ölkənin ən qədim və ən böyük paxlava istehsalçılarından biri olaraq Azərbaycan və Türk paxlavasının istehsalı və satışı sahəsində fəaliyyət göstərir. Şirkət ənənəvi reseptləri qoruyaraq yüksək keyfiyyətli məhsullar istehsal edir və geniş məhsul çeşidi ilə həm yerli, həm də korporativ müştərilərə xidmət göstərir. İstehsalda yalnız keyfiyyətli xammaldan istifadə olunur və məhsullar peşəkar ustalar tərəfindən hazırlanır. Şirkətin əsas məqsədi Şərq mətbəxinin ənənəvi dadlarını müasir istehsal yanaşması ilə birləşdirərək müştərilərə yüksək keyfiyyətli və əlçatan məhsullar təqdim etməkdir.

Güngöroğlu Paxlava-da LOGO ERP sistemi tətbiq olunaraq istehsal, anbar, satış, maliyyə və distribyusiya prosesləri vahid platforma üzərindən idarə olunmağa başlanılmışdır. Layihə çərçivəsində mobil satış sistemi və MES (Manufacturing Execution System) istehsal həlli qurularaq istehsal proseslərinin başlanğıcdan son mərhələyə qədər tam izlənməsi və avtomatlaşdırılması təmin edilmişdir.

İstehsal planlama, reseptura idarəetməsi, anbarlararası hərəkətlər və hazır məhsulun idarə olunması optimallaşdırılmış, satış komandalarının sifarişləri real vaxt rejimində sistemə daxil etməsi və məhsulların müştərilərə vaxtında çatdırılması təmin edilmişdir. Qurulan ERP infrastrukturu şirkətin əməliyyat sürətinin artırılmasına, istehsal nəzarətinin gücləndirilməsinə və biznesin böyümə prosesinin daha effektiv idarə olunmasına mühüm töhfə vermişdir.